iordaniyanın kralı əlahəzrət ii abdullah ibn al hüseynə
əlahəzrət,
iordaniya haşimilər krallığının milli bayramı – müstəqillik günü münasibətilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
bu əlamətdar gündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost iordaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram.
hörmətlə,
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 22 may 2025-ci il






















