bəhreynin kralı həməd bin isa al xəlifədən
azərbaycan respublikasının prezidenti zati-aliləri cənab ilham əliyevə
zati-aliləri, möhtərəm prezident ilham əliyev.
dost ölkənizin müstəqillik günü münasibətilə bəhreyn krallığının xalqı və hökuməti adından və öz adımdan zati-alinizə səmimi təbriklərimizi, ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.
sizə möhkəm cansağlığı və xoşbəxtlik, azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayırıq.
zati-alinizə məmnuniyyətlə ən yüksək ehtiramımı bildirirəm.
hörmətlə,
həməd bin isa al xəlifə
bəhreynin kralı






















