27.05.2025 arhd.media
iordaniyanın kralı ii abdullah ibn al hüseyndən
azərbaycan respublikasının prezidenti zati-aliləri cənab ilham əliyevə
zati-aliləri.
milli bayramınız - müstəqillik günü münasibətilə iordaniya haşimilər krallığının xalqı və hökuməti adından zati-alinizə və böyük azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.
fürsətdən istifadə edərək, zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm.
hörmətlə,
ii abdullah ibn al hüseyn
iordaniyanın kralı






















