“aziz” – israil-azərbaycan beynəlxalq assosiasiyasının prezidenti adam amilovdan

azərbaycan respublikasının prezidenti zati-aliləri cənab ilham əliyevə

hörmətli ilham heydər oğlu.

sizi “aziz” assosiasiyası və bütün dost israil xalqı adından böyük bayram – azərbaycanın müstəqillik günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

1918-ci il mayın 28-i azərbaycan xalqının azadlıq, demokratiya və müstəqillik hüququnu dünyaya bəyan etdiyi gündür.

güclü, qüdrətli dövlət olan müasir azərbaycanı israil ilə möhkəm dostluq münasibətləri, qarşılıqlı hörmət və geniş əməkdaşlıq birləşdirir.

əsrlər boyu azərbaycanda yaşayan yəhudi icması həmişə səmimiyyət, hörmət və təhlükəsizlik hiss edib. bu nadir münasibət hər iki xalq üçün fəxrdir.

“aziz” assosiasiyası ölkələrimiz arasında tərəfdaşlığın, dialoqun və mədəni mübadilənin inkişafına öz töhfələrini verməkdə davam edir.

bu əlamətdar gündə azərbaycana daha böyük tərəqqi və yeni nailiyyətlər arzulayıram. qoy, xalqlarımız arasında dostluq daha da möhkəmlənsin və bütün vətəndaşlarınız ölkənizdə hər zaman firavanlıq, təhlükəsizlik şəraitində, qürurla yaşasınlar!

dərin hörmətlə,

 

adam amilov

“aziz” – israil-azərbaycan beynəlxalq assosiasiyasının prezidenti

Baxış sayı: 3 528

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə