omanın sultanı heytəm bin tariq al səiddən
azərbaycan respublikasının prezidenti zati-aliləri cənab ilham əliyevə
zati-aliləri.
azərbaycan respublikasının milli bayramı – müstəqillik günü münasibətilə zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.
fürsətdən istifadə edərək, sizə möhkəm cansağlığı, səadət, dost azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm.
hörmətlə,
heytəm bin tariq al səid
omanın sultanı






















