bəhreyn krallığının vəliəhdi və baş naziri salman bin həməd al xəlifədən
azərbaycan respublikasının prezidenti zati-aliləri cənab ilham əliyevə
zati-aliləri.
azərbaycan respublikasının milli bayramı – müstəqillik günü münasibətilə zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm.
sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm.
zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
hörmətlə,
salman bin həməd al xəlifə
bəhreyn krallığının vəliəhdi və baş naziri






















