islam əməkdaşlıq təşkilatının baş katibi hissein brahim tahadan
azərbaycan respublikasının prezidenti zati-aliləri cənab ilham əliyevə
zati-aliləri cənab prezident.
azərbaycan respublikasının milli bayramı – müstəqillik günü münasibətilə zati-alinizə və azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. uca allahdan zati-alinizə cansağlığı və rifah, azərbaycan xalqına daha da çox tərəqqi və firavanlıq diləyirəm.
islam əməkdaşlıq təşkilatı (iət) azərbaycan respublikası ilə sıx əlaqələrini yüksək qiymətləndirir və islam fəaliyyətinin birgə təşviqi məqsədini daşıyan bu qurumun dəstəklənməsində ölkənizin rolunu təqdir edir. iət üzv ölkələrin ümumi dəyərlərinin təbliği və bu ölkələr arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcəkdir.
üzv ölkələrin xalqları arasında həmrəyliyin gücləndirilməsində və birgə islam fəaliyyəti üçün yeni üfüqlərin açılmasında zati-alinizin dəstəyinə ümidvaram.
zati-aliləri cənab prezident, sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
hissein brahim taha
islam əməkdaşlıq təşkilatının baş katibi






















