qətər dövləti əmirinin müavini şeyx abdullah bin həməd al tanidən
azərbaycan respublikasının prezidenti zati-aliləri cənab ilham əliyevə
zati-aliləri.
azərbaycanın milli bayramı - 28 may - müstəqillik günü münasibətilə sizə səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
zati-alinizə cansağlığı və səadət, qardaş ölkənizə və onun xalqına isə daha da çox tərəqqi və rifah arzu edirəm.
dərin hörmətlə,
şeyx abdullah bin həməd al tani
qətər dövləti əmirinin müavini





















