azərbaycan prezidenti böyük britaniyanın baş nazirinə başsağlığı verib

bakı, 12 iyun, arhd.media



azərbaycan prezidenti böyük britaniyanın baş nazirinə başsağlığı verib


azərbaycan prezidenti ilham əliyev böyük britaniya və şimali irlandiya birləşmiş krallığının baş naziri kir starmerə başsağlığı məktubu ünvanlayıb.

arhd.media xəbər verir ki, dövlətimizin başçısı məktubda qeyd edib: “hindistanın əhmədabad şəhəri yaxınlığında “air india” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində böyük britaniya vətəndaşları da daxil olmaqla çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

bu ağır anlarda dərdinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Baxış sayı: 4 545

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə