bakı, 20 iyun, arhd.media
prezident ilham əliyev azərbaycan ilə çin arasında beynəlxalq multimodal daşımalar haqqında sazişi təsdiqləyib
prezident ilham əliyev “azərbaycan respublikası hökuməti ilə çin xalq respublikası hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
arhd.media xəbər verir ki, fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
azərbaycanın xarici işlər nazirliyinə isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə çin xalq respublikası hökumətinə bildiriş göndərmək tapşırılıb.
qeyd edək ki, saziş cari il aprelin 23-də pekində prezident ilham əliyevin və sədr si cinpinin iştirakı ilə keçirilən azərbaycan-çin sənədlərinin imzalanması mərasimində azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri rəşad nəbiyev və çinin nəqliyyat naziri liu vey tərəfindən imzalanıb.






















