azərbaycan respublikası nazirlər kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli qərarı ilə təsdiq edilmiş “baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı”nda dəyişiklik edilməsi haqqında
azərbaycan respublikası nazirlər kabinetinin qərari
azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, azərbaycan respublikasının nazirlər kabineti qərara alır:
azərbaycan respublikası nazirlər kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli qərarı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2017, № 12 (ii kitab), maddə 2531 (cild i); 2024, № 5 (ii kitab), maddə 602; azərbaycan respublikası nazirlər kabinetinin 2025-ci il 18 iyun tarixli 181 nömrəli qərarı) ilə təsdiq edilmiş “baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı”nın “2. azərbaycan milli elmlər akademiyası üzrə” hissəsinə aşağıdakı məzmunda 2.9-1-ci bənd əlavə edilsin:
“2.9-1. respublika seysmoloji xidmət mərkəzi;”.
əli əsədov
azərbaycan respublikasının baş naziri
bakı şəhəri, “ 30 ” “ iyun ” 2025-ci il
№ 187






















