“qiymətli kağızlar bazarı haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə
azərbaycan respublikasının qanunu
azərbaycan respublikasının milli məclisi azərbaycan respublikası konstitusiyasının 94-cü maddəsinin i hissəsinin 10-cu, 11-ci, 13-cü və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“qiymətli kağızlar bazarı haqqında” azərbaycan respublikasının qanununda (azərbaycan respublikasının qanunvericilik toplusu, 2015, № 7, maddə 813 (cild i); azərbaycan respublikasının 2025-ci il 18 mart tarixli 161-viiqd nömrəli və 11 aprel tarixli 175-viiqd nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.3.6-cı maddədən “(bu qanunun 8.17-ci maddəsində göstərilən hallar istisna olmaqla)” sözləri çıxarılsın.
2. 8.17-ci maddə üzrə:
2.1. ikinci cümləyə “buraxılışlarına” sözündən sonra “(həmin səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallarda səhm buraxılışı bu qanunun 6.3.1-ci, 6.3.2-ci (bu qanunun 4.3.6-cı, 4.3.7-ci və 4.3.8-1-ci maddələrində göstərilən məlumatlar istisna olmaqla) və 6.3.3-cü maddələrində göstərilən sənədlərin təqdim edilməsi yolu ilə dövlət qeydiyyatına alınır və həmin səhmlər yerləşdirilmiş hesab edilir.”.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 21 iyun 2025-ci il






















