“azərbaycan respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirliyi ilə səudiyyə ərəbistanı krallığının nəqliyyat baş idarəsi arasında “dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli beynəlxalq konvensiya”nın (əlavələrlə) i/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair anlaşma memorandumu”nun təsdiq edilməsi haqqında
azərbaycan respublikasının qanunu
azərbaycan respublikasının milli məclisi azərbaycan respublikası konstitusiyasının 95-ci maddəsinin i hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2025-ci il aprelin 28-də ər-riyad şəhərində imzalanmış “azərbaycan respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirliyi ilə səudiyyə ərəbistanı krallığının nəqliyyat baş idarəsi arasında “dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli beynəlxalq konvensiya”nın (əlavələrlə) i/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair anlaşma memorandumu” təsdiq edilsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 4 iyul 2025-ci il






















