roma, 16 iyul, arhd.media
italiyada inflyasiya göstəricisi artıb
iyun ayında italiyada inflyasiya səviyyəsi 1,7 faiz təşkil edib.
arhd.media xəbər verir ki, bu barədə italiya milli statistika institutu (istat) məlumat yayıb.
bildirilir ki, ötən ay istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 0,1 faiz, 2024-cü ilin eyni ayı ilə müqayisədə isə 1,5 faiz artıb. lakin buna baxmayaraq, inflyasiya göstəricisi avropa mərkəzi bankının 2 faizlik hədəfindən aşağıdır.
iyun ayında italiyada məhsul və xidmətlər sektorları arasında inflyasiya fərqi əvvəlki ayla müqayisədə dəyişməyərək 1,8 faiz bəndi təşkil edib. ərzaq, məişət və fərdi qulluq məhsullarının qiymətləri 2,8 faiz artıb. rüblük müqayisədə iyunda qiymət artımı əsasən nəqliyyatla bağlı xidmətlərdə qeydə alınıb.























