xankəndi, 19 iyul, arhd.media
prezident ilham əliyev: iqlim dəyişmələrinə qarşı mübarizədə afrika dövlətlərini dəstəkləyirik
iqlim dəyişmələrinə qarşı mübarizədə afrika dövlətlərini dəstəkləyirik. bu, bizim gündəliyimizdə dayanan əsas prioritetlərdən biridir.
arhd.media xəbər verir ki, bu sözləri prezident ilham əliyev iii şuşa qlobal media forumunun iştirakçıları ilə görüşündə söyləyib.
“cop29-un sədri kimi mən bəyan etdim ki, bizim inkişaf edən kiçik ada dövlətləri ilə xüsusi əməkdaşlıq formatımız olacaq, çünki yaranmış təhlükə onlar üçün ekzistensional xarakter daşıyır. biz bunu bilirik, çünki onların mövcudluğu, ümumiyyətlə, dünya okeanının səviyyəsindən asılıdır”, - deyə azərbaycan prezidenti vurğulayıb.






















