azərbaycan respublikası prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanı ilə təsdiq edilmiş “xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
azərbaycan respublikası prezidentinin fərmanı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
azərbaycan respublikası prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2019, № 4, maddə 622 (cild i); 2024, № 3, maddə 262, № 4, maddə 397, № 5 (i kitab), maddə 526, № 6 (i kitab), maddə 657, № 8, maddə 948, № 11, maddə 1197; 2025, № 3, maddələr 224, 232; azərbaycan respublikası prezidentinin 2025-ci il 1 may tarixli 382 nömrəli fərmanı) ilə təsdiq edilmiş əlavə 2 – “xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 18-ci hissə ləğv edilsin.
2. 19-1-ci hissə aşağıdakı redaksiyada verilsin:
“19-1. azərbaycan respublikasının müdafiə sənayesi nazirliyi üzrə:
19-1.1. müstəqil şöbələrin müdirləri;
19-1.2. azərbaycan respublikası müdafiə sənayesi nazirliyinin tabeliyində “azərsilah” müdafiə sənayesi holdinqi” qapalı səhmdar cəmiyyətinin baş direktoru və onun müavinləri;
19-1.3. azərbaycan respublikası müdafiə sənayesi nazirliyinin strukturuna daxil olan “cihaz istehsalat birliyi” məhdud məsuliyyətli cəmiyyətinin baş direktoru.”.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 28 iyul 2025-ci il






















