“gömrük tarifi haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2024-cü il 16 dekabr tarixli 102-viiqd nömrəli qanununun tətbiqi və “gömrük tarifi haqqında” azərbaycan respublikası qanununun tətbiqi barədə” azərbaycan respublikası prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında” azərbaycan respublikası prezidentinin 2024-cü il 24 dekabr tarixli 265 nömrəli fərmanının icrası ilə əlaqədar azərbaycan respublikası nazirlər kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
azərbaycan respublikası nazirlər kabinetinin qərari
azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “gömrük tarifi haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2024-cü il 16 dekabr tarixli 102-viiqd nömrəli qanununun tətbiqi və “gömrük tarifi haqqında” azərbaycan respublikası qanununun tətbiqi barədə” azərbaycan respublikası prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında” azərbaycan respublikası prezidentinin 2024-cü il 24 dekabr tarixli 265 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə azərbaycan respublikasının nazirlər kabineti qərara alır:
1. azərbaycan respublikası nazirlər kabinetinin 2007-ci il 25 sentyabr tarixli 141 nömrəli qərarı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2007, № 9, maddə 917 (cild i); 2024, № 9, maddə 1106) ilə təsdiq edilmiş “dərman vasitələrinin humanitar məqsədlər üçün azərbaycan respublikasına idxalı qaydası”nın 13-cü hissəsinin 2-ci abzasında “beynəlxalq humanitar yardım üzrə respublika komissiyasının” sözləri “azərbaycan respublikası nazirlər kabinetinin” sözləri ilə əvəz edilsin.
2. azərbaycan respublikası nazirlər kabinetinin 2022-ci il 15 sentyabr tarixli 355 nömrəli qərarı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2022, № 9, maddə 1089 (cild i) ilə təsdiq edilmiş “azərbaycan respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü qaydaları”nın 2.4-2.6-cı bəndlərində “komissiyanın” sözü “azərbaycan respublikası nazirlər kabinetinin” sözləri ilə əvəz edilsin.
əli əsədov
azərbaycan respublikasının baş naziri
bakı şəhəri, 25 iyul 2025-ci il
№ 222






















