masallının 5 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə 1,5 milyon manat ayrılıb - sərəncam

bakı, 11 sentyabr, arhd.media





masallının 5 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə 1,5 milyon manat ayrılıb - sərəncam


prezident ilham əliyev “masallı rayonunun xıl–sirəbil–allahyarlı–molalan–çayqıraq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

arhd.media xəbər verir ki, 8 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən xıl–sirəbil–allahyarlı–molalan–çayqıraq avtomobil yolunun əsaslı təmiri məqsədilə azərbaycan respublikası prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli sərəncamı ilə təsdiq edilmiş “azərbaycan respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon manatı azərbaycan avtomobil yolları dövlət agentliyinə ayrılıb.

Baxış sayı: 6 563

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə