bakı, 16 fevral, arhd.media
azərbaycan xin rəhbəri serbiyaya işgüzar səfərə yola düşüb
azərbaycanın xarici işlər naziri ceyhun bayramov fevralın 16-da serbiyaya işgüzar səfərə yola düşüb.
bu barədə arhd.media-a xarici işlər nazirliyindən (xin) məlumat verilib.
bildirilib ki, səfər çərçivəsində nazir ceyhun bayramovun serbiyada yüksəksəviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.






















