Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya-Ukrayna münaqişəsinin mahiyyəti ilə bağlı diqqətçəkən açıqlama verib.


“ARHD.MEDiA” xəbər verir ki, o, bu haqda Rusiyanın Omsk şəhərində keçirilən XXII Qazaxıstan–Rusiya Regionlararası Əməkdaşlıq Forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı danışıb:


“Ermənistan və Azərbaycan arasında, münaqişənin mahiyyəti və kökləri bizə tam aydın idi, çünki bu, tarixə söykənirdi. Amma burada bunu anlamaq çox çətindir”, – deyə Tokayev vurğulayıb.


Qazaxıstan lideri, həmçinin Rusiya-Ukrayna müharibəsinin artıq dondurulmasının və tərəflərin “İstanbul 2.0” formatına qayıdaraq danışıqları bərpa etməsinin vaxtının çatdığını bildirib. Onun sözlərinə görə, bu istiqamətdə böyük dövlətlərin, o cümlədən Rusiyanın təminatları ilə sülhə doğru irəliləmək mümkündür.

Baxış sayı: 4 678

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə