bakı, 17 fevral, arhd.media
ilin əvvəlindən 880 min sosial ödəniş elektron sistem üzərindən proaktiv qaydada təyin edilib
əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırılıb.
nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-a verilən məlumata görə, bu il fevralın 1-dək həmin sosial təminat növləri üzrə 880 min (o cümlədən pensiya üzrə 142 min, müavinət və təqaüdlər üzrə 738 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
nəticədə vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.






















