“Vaşinqtonla strateji tərəfdaşlığın yenidən bərpa olunacağına ümid edirəm”.


“ARHD.MEDiA” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ səfirinin sualını cavablandırarkən bildirib.


“Ümid edirik ki, Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığı yenidən bərpa etmək mümkün olacaq. Biz amerikalı tərəfdaşlarla əlaqədəyik və inanırıq ki, sonda strateji tərəfdaşlığın bərpası istiqamətində addımların atıldığını görəcəyik. Bu bizim vəzifəmizdir və ABŞ tərəfinin atacağı addımları səbirlə gözləyirik”, - baş nazir vurğulayıb.


Qeyd edək ki, Emi V. Diazın ABŞ-nin Gürcüstandakı səfiri vəzifəsinə təyin olunub.

Baxış sayı: 2 919

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə