"Hökumətin yeni proqramında "Qarabağ hərəkatı" məntiqi yoxdur".


“ARHD.MEDiA”nın  Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan hökumət iclasında Nazirlər Kabinetinin 2026-2031-ci illər üçün proqramını təqdim edərkən bildirib.


"Praktiki olaraq, Ermənistanın orta və yaşlı nəsildən olan bütün siyasi xadimləri, eləcə də gənc nəsildən bir çoxu "Qarabağ hərəkatı" ideologiyası ilə əlaqəlidir. Bu, hökumət nümayəndələrinə də aid idi. Buna baxmayaraq, ötən illərdə hökumət "illərdir bağlı qalan səhifələri yenidən oxumaq qərarına gəlib". Onlar üzərində yenidən düşünülməsi dünya gündəminin və real Ermənistanın formalaşmasına gətirib çıxardı", - deyə o bildirib.


Paşinyanın sözlərinə görə, müvafiq mesaj Ermənistan ictimaiyyətindən də gəlib. O əlavə edib ki, günün sülh gündəmi şərtlərində hökumət böhran idarəetməsindən adi idarəetməyə keçəcək, insan hüquqlarının gücləndirilməsinə, iqtisadi diplomatiyaya (bununla əlaqədar olaraq Xarici İşlər Nazirliyinin adı Xarici İşlər və Xarici Ticarət Nazirliyi kimi dəyişdiriləcək), süni intellektin yayılması ilə bağlı məsələlərə və səhiyyə məsələlərinə daha çox diqqət yetirəcək.


Proqramın son hissəsində qeyd olunur ki, dövlət ideologiyasındakı dəyişikliklərin dərinliyi nəzərə alınaraq, Üçüncü Respublikadan Dördüncü Respublikaya keçid elan edilə bilər.


Hökumət tərəfindən təsdiqləndikdən sonra 2026-2031-ci illər üçün proqram təsdiq üçün parlamentə göndəriləcək.

Baxış sayı: 4 043

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə