“Ermənistan və Azərbaycanın anklavlar və esklavlar məsələsi müstəsna olaraq demarkasiya və dinc nizamlanma prosesi çərçivəsində həll edilməlidir”.


“ARHD.MEDiA” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra brifinqdə danışıb. 


Onun sözlərinə görə, İrəvan və Bakı tərəfindən razılaşdırılan delimitasiya prinsipinə əsasən, Kərki, Bərxudarlı və Yuxarı Əskipara Ermənistan ərazisinə daxil deyil. 


Paşinyan xatırladıb ki, Ermənistan və Azərbaycan delimitasiyanı 1991-ci ilin Almatı Bəyannaməsi əsasında keçirmək barədə razılığa gəlib. Həmin sənədə əsasən, SSRİ-nin süqutu zamanı keçmiş ittifaq respublikalarının inzibati sərhədləri dövlətlərarası sərhədlər kimi tanınır.


Ermənistan Baş naziri mövcud xəritələr əsasında Tavuş vilayətinin Kirants kəndi yaxınlığında Ermənistan-Azərbaycan sərhədinin bir hissəsində artıq delimitasiya həyata keçirildiyini vurğulayaraq, prosesin gələcəkdə də eyni əsasda davam etdirilə biləcəyini deyib.

Baxış sayı: 4 233

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə