"Təzminatlar haqqında müzakirələr çox vaxt qütbləşir, günahlandırma və inkar üzərində qurulan bir-birinə zidd narrativlərə çevrilir".


“ARHD.MEDiA”  xəbər verir ki, bu fikirləri Ruandanın Türkiyədəki səfiri Kayonga Çarlz Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilən "Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili" mövzusunda beynəlxalq konfransda deyib.


O bildirib ki, burada əsas sual yalnız keçmişə kimin cavabdeh olması deyil:


"Əsas məsələ budur: biz keçmişin bu günə təsirlərini necə aradan qaldıra və gələcək əməkdaşlığı necə təmin edə bilərik? Praktik ədalət vəzifəsi tarixi zərərdən nəticə çıxarmağı, eyni zamanda dövlətlər və cəmiyyətlər arasında daha güclü və daha ədalətli münasibətlər qurmağı tələb edir. Tarixi baxımdan mühüm nümunələrdən biri bizə Avropanın hüdudlarından kənara da yayılan dərslər verən müstəmləkəçilik təcrübəsidir".


Səfirin sözlərinə görə, müstəmləkəçilik sadəcə ərazilərin işğalı ilə məhdudlaşmayıb:


"O, institutlar yaradıb və həmin institutlar siyasi hakimiyyəti, sosial kimlikləri, iqtisadi quruluşu, eləcə də cəmiyyətə daxilolma və kənarlaşdırma modellərini formalaşdırıb.


Bu strukturlar müstəmləkəçiliyin bir çox formalarında özünü qoruyub saxlayıb və formal müstəmləkəçilik başa çatdıqdan onilliklər sonra belə idarəetməyə təsir göstərməkdə davam edir. Müstəmləkəçilik siyasi nəticələri mexaniki şəkildə müəyyən etməyib, lakin siyasi nəticələrin formalaşdığı strukturları yaradıb. Həqiqi dekolonizasiyaya nail olmaq və özümüzü bu prosesdən azad etmək üçün həmin strukturlara işıq salmaq lazımdır"

Baxış sayı: 3 484

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə