Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İslamabadda Tibb Elmləri İnstitutunun doğum şöbəsində 15 körpənin həyatını itirdiyi yanğınla bağlı Pakistana başsağlığı verib.


“ARHD.MEDiA”  xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə səhifəsində paylaşım edilib.


"İslamabad şəhərində yerləşən Pakistan Tibbi Elmlər İnstitutunda (PIMS) yeni doğulmuş körpələrin həyatını itirməsi ilə nəticələnən dəhşətli yanğın xəbəri bizi dərindən kədərləndirib.


Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Bu dərin kədərli gündə qardaş Pakistan hökuməti və xalqı ilə həmrəy olduğumuzu bildiririk", - deyə mətndə bildirilib.

Baxış sayı: 3 714

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə