Ukraynanın Ankaradakı səfiri Nəriman Cəlalov Qara dənizdə vurulan Türkiyə gəmisinə və onu çəkmək üçün göndərilən digər qoşqu gəmisinə hücumla bağlı Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.


“ARHD.MEDiA”  xəbər verir ki, bu barədə "TRT Haber" XİN-dəki mənbələrinə istinadən məlumat yayıb.


"Avqustun 26-da Qara dənizdə - Tuapse sahillərində Türkiyə tərəfindən idarə olunan "Lider Bordo Mavi" gəmisinin vurulması və onu çəkmək üçün növbəti gün hadisə yerinə yollanan "Lider Kocatepe" gəmisinin də hədəfə alınmasından sonra Ukraynanın Ankaradakı səfiri nazirliyə çağırılıb", - deyə xəbərdə bildirilir.


Qeyd olunur ki, keçirilən görüş zamanı Türkiyənin bu hücumlarla bağlı reaksiyası qarşı tərəfə çatdırılıb.


"Eyni zamanda, Qara dənizdə insanların həyatının, əmlakın, naviqasiyanın və ətraf mühitin təhlükəsizliyinin təmin olunmasının mütləq zərurət olduğu vurğulanaraq, lazımi xəbərdarlıqlar edilib", - deyə "TRT Haber"i məlumatlandıran mənbə bildirib.


Qeyd edək ki, gəminin göyərtəsində 15 azərbaycanlı və dörd türkiyəli dənizçi olub. Hücum nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Baxış sayı: 3 759

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə