“Rusiya Prezidenti Vladimir Putin Bişkekdə Ermənistanın Baş naziri Nikol Paşinyanla baş tutacaq görüşdə bu ölkədə Avropa İttifaqına daxil olmaqla bağlı keçirilməsi planlaşdırılan referendumu müzakirə edəcək”.


“ARHD.MEDiA” təcrübəsinə əsasən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.


Kreml rəsmisi bildirib ki, Putin bu görüşdən istifadə edərək Rusiyanın mövqeyini və arqumentlərini Paşinyana təqdim edəcək:


“Öz taleyi ilə bağlı qərarı ermənilər özləri verəcəklər. Biz də məhz onlara bunu etməyi – referendum keçirməyi təklif edirik”.


Xatırladaq ki, bundan əvvəl Nikol Paşinyan ölkənin inkişaf proqramında Rusiyanın adını strateji tərəfdaş kimi çəkməkdən imtina edib. Ermənistan hökumət başçısı bu addımını 2020 və 2023-cü illərdə baş verən toqquşmalara Moskvanın verdiyi reaksiya ilə əsaslandırıb.

Baxış sayı: 2 994

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə