Son günlər Azərbaycanın Ermənistandan idxal həyata keçirməsi ilə bağlı məlumatlar yayılır.


“ARHD.MEDiA”  Baku TV-yə istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan bu barədə danışsa da, əməliyyatın detallarını açıqlamayıb.


Qeyd edək ki, Azərbaycan 2025-ci ildən başlayaraq bu ölkəyə ixrac həyata keçirir. 2025-ci ildə ixracın dəyəri 788.8 min dollar, 2026-cı ilin yanvar-iyul aylarında isə 17 milyon 372.1 min dollar təşkil edib. İxrac əsasən yanacaq məhsullarından ibarət olub.


Bəs Ermənistan iqtisadiyyatının, o cümlədən ixracının strukturu Azərbaycana bu ölkədən əhəmiyyətli həcmdə idxal həyata keçirməyə imkan verir?


İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, hazırkı mərhələdə Ermənistandan Azərbaycana daha çox sənaye xarakterli məhsulların idxalı mümkündür.


O bildirib ki, gələcəkdə iki ölkə arasında ərzaq və gündəlik istehlak məhsullarının da alqı-satqısı mümkün ola bilər.

Baxış sayı: 3 485

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə