Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov Ankara şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsini və Türkiyənin qurucusu, böyük dövlət xadimi Mustafa Kamal Atatürkün məzarının yerləşdiyi Anıtqəbri ziyarət ediblər.


“ARHD.MEDiA” xəbər verir ki, Anıtqəbirdə Mustafa Kamal Atatürkün əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.


Komitə sədri Anıtqəbirdəki xatirə dəftərinə ürək sözlərini yazıb, Atatürkün türk milləti qarşısındakı əvəzsiz xidmətlərini qeyd edib.


Daha sonra Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib. Abidə önünə gül dəstəsi qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiram və minnətdarlıq hissi ilə yad edilib. Ziyarət zamanı müasir və müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində misilsiz fəaliyyəti, zəngin siyasi irsi və xalqımız qarşısındakı tarixi xidmətləri ehtiramla xatırlanıb.

 

Baxış sayı: 3 285

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə