Diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Kəlbəcərdə olublar.


“ARHD.MEDiA” xəbər verir ki, onlar “İstisu” mineral sudoldurma zavoduna baxış keçiriblər.


Baxış zamanı Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə iranlı səfirin dialoqu maraqla qarşılanıb.


“Keçən dəfə Bişkek şəhərində Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian gözəl bir ənənənin əsasını qoydular. Onlar qərara gəldilər ki, ancaq Kəlbəcər suyu içəcəyik, “İstisu”. Başqa sözlə desək öz suyumuzu içəcəyik. Bu gün də İran İslam Respublikasının səfiri Dəmirçi ilə İstisu zavodundayıq. Biz də qərara gəldik ki, prezidentlərimizin iradəsinə, onların yolunun davamı olaraq Kəlbəcər suyu içək”, - Hikmət Hacıyev bildirib.

Baxış sayı: 4 220

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə