“TRIPP layihəsinin işə başlaması ilə Ermənistan və onun iqtisadiyyatı üçün yeni dövr başlayacaq”.


“ARHD.MEDiA” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-də illik “Konkordiya” sammitində çıxışı zamanı bildirib. 


“Hazırda diqqəti TRIPP layihəsinin həyata keçirilməsinə yönəltmişik, bunun nəticəsində regional qarşılıqlı əlaqələr tam şəkildə təmin olunacaq. TRIPP ölkəmiz və iqtisadiyyatımız üçün yeni dövr açacaq, çünki hər şeydən əvvəl Azərbaycanla dəmir yolu əlaqəmiz yaranacaq”, - deyə Paşinyan qeyd edib.


O həmçinin vurğulayıb ki, Ermənistanın Türkiyə ilə sərhədin və bunun da çərçivəsində dəmir yolu əlaqəsinin açılmasını səbirsizliklə gözləyir.

Baxış sayı: 3 224

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə