Dövlət Məşğulluq Agentliyinin iki filialına yeni rəhbərlər təyin olunub.


“ARHD.MEDiA”  İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Agentlik sədri Hasil Abbasov müvafiq əmrlər imzalayıb.


Əmrə əsasən, Pərviz Allahverdiyev Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri təyin olunub.


Digər əmrlə, Abşeron-Xızı Regional Məşğulluq filialına isə rəhbərlik müvəqqəti olaraq müavin Zaur Allahverdiyevə tapşırılıb.


Qeyd edək ki, daha əvvəl Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri vəzifəsini müvəqqəti olaraq müavin Xaqani Məmmədov icra edib.

Baxış sayı: 3 180

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə