“Azərbaycanla sülhü daha da gücləndirməli və institusionallaşdırmalıyıq”.


“ARHD.MEDiA” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı deyib.


Paşinyan Azərbaycanla Ermənistan arasında münasibətlərin əsasını sülhün təşkil etməli olduğunu vurğulayıb.


“Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə sülhü daha da gücləndirmək və institusionallaşdırmaq üçün ardıcıl olaraq çalışmalıyıq”, - Paşinyan deyib.


Baş nazir ermənilər və azərbaycanlıların əsrlər boyu birgə yaşamaq təcrübəsinə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, əsas vəzifə bu təcrübəyə əsaslanaraq, qarşılıqlı ərazi bütövlüyü, suverenlik və siyasi müstəqilliyə hörmət əsasında dövlətlərarası münasibətlər qurmaqdır.


Paşinyan Ermənistanın mina təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirməyə və dərinləşdirməyə hazır olduğunu bildirib.


Onun sözlərinə görə, əldə olunan nəticələr tarix, mədəni irs və digər məsələlərlə bağlı münaqişə ritorikasından daha dəyərli olmalıdır.

Baxış sayı: 3 849

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə