Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib.


“ARHD.MEDiA” xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı zaman 1986-cı ildə Laosa səfəri çərçivəsində Laos Xalq Demokratik Respublikasının Nazirlər Sovetinin ovaxtkı sədri Keyson Fomfihanla görüşü zamanı çəkilmiş fotolara baxıblar.


Qeyd edək ki, Keyson Fomfihan Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihanın atasıdır.

 

Baxış sayı: 4 533

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə