“Azərbaycan sədrliyi dövründə AQEM-in məqsəd və hədəflərinə sadiqlik nümayiş etdirərək Asiyada qarşılıqlı fəaliyyətin genişləndirilməsi və etimad quruculuğunun gücləndirilməsi istiqamətində mühüm rol oynayır”.


“ARHD.MEDiA” xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.


Prezident İlham Əliyevə tədbirin yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə görə təşəkkür edən Türkmənistan Prezidenti vurğulayıb ki, Azərbaycan bu platformada təşəbbüskar və əməkdaşlığı dəstəkləyən tərəf kimi xüsusi mövqeyə malikdir. “Bu baxımdan, Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik“.

Baxış sayı: 4 269

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə