Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalanmasını mümkün hesab edir.


“ARHD.MEDiA” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında deyib.


“Mən demişdim ki, Azərbaycanla sülh sazişi 2031-ci ilə qədər imzalana bilər. Daha dəqiq desəm, hesab edirəm ki, biz sazişi 2027-2028-ci illərdə imzalamalıyıq. Biz Azərbaycanla işləməliyik”, - o bildirib.


Xatırladaq ki, daha əvvəl Paşinyan Azərbaycanla sülh sazişini 2031-ci ilə qədər imzalamağa və ratifikasiya etməyə ümid etdiyini bildirmişdi.

Baxış sayı: 3 831

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə