Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib.


“ARHD.MEDiA” xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb.


“Mən azərbaycanlı qardaşlarımızı Zəfər Günü münasibətilə bir daha də sizlərin hüzurunda təbrik edirəm. Həmçinin Dövlət Bayrağı Günü münasibətilə can Azərbaycanı təbrik edirəm. Keçən il Zəfər Gününün 5-ci ildönümü çərçivəsində Bakıda təşkil olunan hərbi keçid mərasiminə də qatılmışdıq. İndi də Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirmiş olduq. Birlik və bərabərlik mesajlarımızı ən güclü şəkildə verdik. Xocalı Soyqırımı şəhidlərimizi rəhmətlə andıq, Xankəndini ziyarət etdik. Qəhrəmanlarımızın ruhunu inşallah şad elədik”, - Ərdoğan qeyd edib.

Baxış sayı: 4 219

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə