“Biz Azərbaycanla enerji təhlükəsizliyi, eləcə də siyasi və iqtisadi sahələrdə əlaqələri müzakirə etmək istəyirik. Moldova xüsusilə enerji sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır”.


“ARHD.MEDiA” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Moldova Prezidenti Maya Sandu deyib.


O qeyd edib ki, enerji böyük problem olaraq qalır.


“Baxmayaraq ki, Moldova bu sahədə Rusiyadan asılılığı azaltmaq üçün son bir neçə ildə əhəmiyyətli islahatlar həyata keçirib. Ümid edirik ki, bu gün yaxşı müzakirəmiz olacaq və həll yolları tapacağıq”, - deyən Moldova Prezidenti sonda bütün ölkələr üçün sülh arzulayıb və sülhə aparan istənilən müzakirələri, səyləri alqışladığını bildirib.

Baxış sayı: 3 849

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə