vyana, 20 fevral, arhd.media
azərbaycanın parlament nümayəndə heyəti atət pa prezidenti ilə görüşüb
fevralın 20-21-də vyanada atət parlament assambleyasının (atət pa) 24-cü qış sessiyası işə başlayıb.
arhd.media xəbər verir ki, milli məclisin atət parlament assambleyasındakı nümayəndə heyətinin rəhbəri qaya məmmədov fevralın 20-də sessiya çərçivəsində atət pa-nın prezidenti pia kauma ilə görüşüb.
milli məclisin pa-dakı nümayəndə heyətinin üzvü sevinc fətəliyeva, azərbaycanın atət yanında daimi nümayəndəsi rövşən sadıqbəyli və atət pa-nın baş katibi roberto montellanın da iştirak etdikləri görüşdə atət pa-nın gündəliyində olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






















