syerra-leone respublikasının prezidenti culius maada bio azərbaycan prezidenti ilham əliyevə başsağlığı məktubu göndərib.
arhd.media president.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"2024-cü il dekabrın 25-də "azərbaycan hava yolları"na məxsus təyyarənin qazaxıstanın aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfərin həlak olması barədə xəbər məni çox kədərləndirdi və sarsıtdı.
syerra-leone respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan sizə və azərbaycan xalqına, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.
zati-aliləri, həmvətənlərinizin bu ağır faciə ilə əlaqədar dərdinə şərik olur və yaralananların tezliklə sağalmaları üçün dua edirəm.
ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".























