bakı, 21 fevral, arhd.media
prezident ilham əliyev türkiyə parlamentinin milli müdafiə komissiyasının sədrini qəbul edib
azərbaycan respublikasının prezidenti ilham əliyev fevralın 21-də türkiyə böyük millət məclisinin deputatı, parlamentin milli müdafiə komissiyasının sədri, türkiyə respublikasının sabiq milli müdafiə naziri hulusi akarı qəbul edib.
arhd.media xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi məmnunluqla qeyd olundu.
hulusi akar dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
























