vaşinqton, 22 fevral, arhd.media
mayk uolts: donald tramp nobel sülh mükafatı ala bilər
abş-ın milli təhlükəsizlik müşaviri mayk uolts prezident donald trampın nobel sülh mükafatı alacağına inandığını açıqlayıb. arhd.media-ın məlumatına görə, o, donald trampın dövrünü “sülh prezidenliyi” adlandırıb.
“o, avropadakı müharibəni bitirəcək. o, yaxın şərqdəki müharibələrə son qoymağa hazırlaşır. o, abş-a rəhbərliyi ilə öz yarımkürəmizə, arktikadan panamaya, argentinadakı dostlarımıza qədər yenidən sərmayə qoymağı planlaşdırır. bütün bunların sonunda biz nobel sülh mükafatını donald trampın adının yanında görəcəyik”,- deyə mayk uolts bildirib.























