bakı, 22 fevral, arhd.media
netanyahu qəzzada 63 girovun qaldığını bildirib
fevralın 22-də qaçırılan 6 nəfərin azad edilməsindən sonra israil qəzza zolağında saxlanılan bütün girovları geri qaytarmaqda qərarlıdır.
arhd.media xəbər verir ki, bunu israilin baş naziri benyamin netanyahu deyib.
“biz indiyədək 192 girovu geri qaytarmışıq. onlardan 147-si sağ, 45-i isə ölüdür. həmas hələ də 63 nəfəri girov saxlamaqdadır. israil hökuməti onları geri qaytarmaq üçün səylərini davam etdirməyə qətiyyətlə sadiqdir”, - deyə baş nazir bildirib.






















