bakı, 24 fevral, arhd.media


azərbaycan ilə pakistan arasında imzalanmış sənədlər mübadilə edilib yenilənib


fevralın 24-də azərbaycan respublikası ilə pakistan islam respublikası arasında imzalanmış sənədlərin azərbaycan prezidenti ilham əliyevin və pakistanın baş naziri məhəmməd şahbaz şərifin iştirakı ilə mübadiləsi mərasimi olub.

arhd.media xəbər verir ki, azərbaycan respublikasının dövlət neft şirkəti (socar) ilə “frontier works organisation” (fwo) və “pakistan state oil company limited” şirkəti arasında anlaşma memorandumunu azərbaycan respublikasının dövlət neft şirkətinin prezidenti rövşən nəcəf və “frontier works organisation” şirkətinin baş direktoru abdul sami mübadilə etdilər.

azərbaycan respublikasının dövlət neft şirkəti (socar) ilə “pakistan refinery limited” (prl) və “pakistan state oil company limited” şirkəti arasında anlaşma memorandumunu azərbaycan respublikasının dövlət neft şirkətinin prezidenti rövşən nəcəf və “pakistan refinery limited” şirkətinin icraçı direktoru zahid mir mübadilə etdilər.

“socar trading sa” ilə “pakistan lng limited” arasında mayeləşdirilmiş təbii qaz yüklərinin alqı-satqısı ilə bağlı çərçivə sazişinə 1 nömrəli əlavəni azərbaycan respublikasının dövlət neft şirkətinin prezidenti rövşən nəcəf və “pakistan lng limited” şirkətinin icraçı direktoru masood nabi mübadilə etdilər.

“socar trading sa” ilə pakistan islam respublikasının “pakistan state oil company limited” şirkəti arasında anlaşma memorandumunu və “socar trading sa” ilə pakistan islam respublikasının “pakistan state oil company limited” şirkəti arasında neft məhsullarının uzunmüddətli alqı-satqı sazişini azərbaycan respublikasının dövlət neft şirkətinin prezidenti rövşən nəcəf və “pakistan state oil company limited” şirkətinin icraçı direktoru syed muhammad taha mübadilə etdilər.

“azərbaycan respublikasının naxçıvan muxtar respublikasının naxçıvan şəhəri və pakistan islam respublikasının pəncab əyalətinin lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında anlaşma memorandumu”nu azərbaycanın xarici işlər naziri ceyhun bayramov və pakistanın baş nazirinin müavini, xarici işlər naziri məhəmməd işaq dar mübadilə etdilər.

qeyd edək ki, səfər çərçivəsində, həmçinin “azərbaycan respublikası dövlət gömrük komitəsi ilə pakistan islam respublikasının federal gəlirlər şurasının gömrük xidməti arasında ilkin elektron məlumat mübadiləsi haqqında anlaşma memorandumu”, “azərbaycan respublikası hökuməti ilə pakistan islam respublikası hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş”, “azərbaycan respublikasının kənd təsərrüfatı nazirliyi ilə pakistan islam respublikasının milli ərzaq təhlükəsizliyi və tədqiqatı nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu”, “azərbaycan respublikasının ekologiya və təbii sərvətlər nazirliyi ilə pakistan islam respublikasının iqlim dəyişmələri və ətraf mühitin koordinasiyası nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair niyyət protokolu”, “beynəlxalq münasibətlərin təhlili mərkəzi ilə pakistanın milli müdafiə universiteti arasında elmi-tədqiqat və əməkdaşlıq fəaliyyətləri sahəsində anlaşma memorandumu” və “azərbaycan respublikasının elm və təhsil nazirliyi yanında peşə təhsili üzrə dövlət agentliyi ilə pakistan islam respublikasının milli peşə və texniki təlim komissiyası (navttc) arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu” imzalanıb.

Baxış sayı: 4 447

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə