bakı, 24 fevral, arhd.media
prezident ilham əliyevin adından pakistanın baş nazirinin şərəfinə dövlət ziyafəti verilib
fevralın 24-də bakıda, “gülüstan” sarayında azərbaycan respublikasının prezidenti ilham əliyevin adından pakistan islam respublikasının baş naziri məhəmməd şahbaz şərifin şərəfinə dövlət ziyafəti verilib.
arhd.media xəbər verir ki, ziyafətdə azərbaycan və pakistan musiqilərindən ibarət konsert proqramı təqdim olunub.
























