vaşinqton, 28 fevral, arhd.media
zelenski trampla razılaşma əldə etmədən ağ evi tərk edib
ukrayna prezidenti volodimir zelenski abş-da prezident donald trampla gərgin görüşün keçirildiyi oval kabineti yarımçıq tərk edib.
arhd.media -ın məlumatına görə, ukrayna lideri əvvəl planlaşdırıldığı kimi minerallar haqqında saziş imzalamadan və trampla birgə mətbuat konfransı keçirmədən gedib.
o, korteji ilə yola düşməzdən əvvəl mətbuata açıqlama verməyib.






















