bakı, 2024 arhd.media
iran ali milli təhlükəsizlik şurasının katibi əli əkbər əhmədian azərbaycanın baş nazirinin müavini şahin mustafayevlə görüşüb.
arhd.media xəbər verir ki, bu barədə iran dövlət mediası məlumat yayıb.
görüşdə ikitərəfli münasibətlərin bütün aspektlərinin inkişafı və cənubi qafqaz regionunda baş verən son hadisələr müzakirə edilib.




















