bakı, 3 mart, arhd.media
media: tramp-putin görüşünə hazırlıq tempi sürətlənib
amerika lideri donald trampla rusiya prezidenti vladimir putin arasında görüşə hazırlıq tempi daha da sürətlənib.
arhd.media cnn telekanalına istinadla xəbər verir ki, fevralın 28-də ağ evdə donald trampın volodimir zelenski ilə mübahisəsi yaxın həftələrdə abş-rusiya münasibətlərinin bərpası ilə bağlı danışıqların növbəti raundu üçün əlavə stimul olub.
qeyd edək ki, fevralın 12-də donald trampla vladimir putin arasında telefon danışığı olub. kremlin məlumatına görə, iki ölkənin liderləri şəxsi görüşlərin təşkili də daxil olmaqla, təmasları davam etdirmək barədə razılığa gəliblər.
fevralın 18-də rusiya liderinin köməkçisi yuri uşakov tramp-putin görüşünün konkret tarixinin hələ müəyyən edilmədiyini bildirib























