din: paytaxtın nərimanov rayonunda “kalaşnikov” avtomatı, tapança, tüfəng və patronlar aşkarlanıb

bakı, 3 mart, arhd.media


din: paytaxtın nərimanov rayonunda “kalaşnikov” avtomatı, tapança, tüfəng və patronlar aşkarlanıb


nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinə paytaxt sakini 74 yaşlı v.usolsevin rayon ərazisində yerləşən evində odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

daxili işlər nazirliyinin (din) mətbuat xidmətindən arhd.media-a bildirilib ki, həmin şəxs polislər tərəfindən saxlanılıb. onun ünvanından 1 ədəd “kalaşnikov” avtomatı, 2 tüfəng, 1 tapança və 153 ədəd patron aşkarlanaraq götürülüb.

faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

qeyd olunur ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Baxış sayı: 4 776

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə